
"Süni intellekt təhlükədirmi?" mövzüsunda müzakirə
28.02.2022
28 fevral 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən İngilis dili mərkəzinin Debat qrupunun üzvləri "Süni intellekt təhlükədirmi?" mövzüsunda müzakirə üçün bir araya gəldilər. Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, liseyimizin ingilis dili müəllimləri, bir qrup valideyn və digər qonaqlar iştirak etdilər. Sagirdlərimizin olduqca maraqlı cıxışları tədbirdə olan hər kəsdə böyük təəssürat oyatdı.
Biz də gənc debatçılarımızı təbrik edir, onlara uğur dolu parlaq gələcək arzulayırıq!